"Xiaomi" 1,5 milyard dollar mənfəət əldə edib

"Xiaomi" 1,5 milyard dollar mənfəət əldə edib

Çinin texnologiya şirkəti "Xiaomi"nin bu ilin ikinci rübündə xalis mənfəəti illik müqayisədə 75,4 faiz artaraq 1,5 milyard dollara çatıb.

Bu barədə "Xiaomi" maliyyə balansını açıqlayıb.

Müvafiq olaraq, ikinci rübdə şirkətin gəliri illik müqayisədə 30,5 faiz artaraq 16,1 milyard dollara çatıb.

Şirkətin smartfon və ağıllı cihazların satışından əldə etdiyi gəlir illik müqayisədə 14,8 faiz artaraq 13,1 milyard dollar, elektriklə işləyən avtomobillər, süni intellekt və digər yeni təşəbbüslərdən əldə edilən gəlir isə 2,9 milyard dollara çatıb.

"Xiaomi" şirkətinin gəlirləri ilin birinci rübündə illik müqayisədə 47,4 faiz artaraq 16,6 milyard dollar olub. Şirkət sözügedən dövrdə 1,5 milyard dollar mənfəət əldə edib.

İqtisadiyyat