Vüqar Rəhimzadə ölkə başçısı tərəfindən təltif olunub

Vüqar Rəhimzadə ölkə başçısı tərəfindən təltif olunub

“İki sahil” qəzetinin baş redaktoru, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub.

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Sərəncamı ilə ali mükafata layiq görülmək böyük fəxrdir.