Vüqar Hüseynov ölkə başçısı tərəfindən təltif edilib
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov 11-22 noyabr 2024-cü il tarixində Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfrasının 29-cu sessiyasında (COP29) fəal iştirakına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təşəkkürnamə ilə təltif edilib.
Mükafat bugün kənd təsərrüfatı naziri Məcnun Məmmədov tərəfindən Vüqar Hüseynova təqdim edilib.
Vüqar Hüseynov bu ali qiymətə görə cənab Prezidentə minnətdarlığını bildirib.

