Vəkillər üçün ixtisasartırma təlimləri keçiriləcək

Vəkillər üçün ixtisasartırma təlimləri keçiriləcək

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Akademiyası ilə AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində vəkillər üçün növbəti ixtisasartırma təlimləri keçiriləcək.

Təlimlərin 25-26 yanvar tarixlərində onlayn və ənənəvi qaydada baş tutması nəzərdə tutulur:

1. 25 yanvar 2024-cü il tarixində, saat 14:00-16:00-da “Müqavilənin bağlanma və etibarlılıq şərtləri” mövzusu üzrə əyani qaydada keçiriləcək təlimdə Vəkillər Kollegiyasının üzvü, hüquq üzrə fəlsəfə doktoru, dosent Natiq Əsgərov;

2. 26 yanvar 2024-cü il tarixində, saat 10:00-12:00-da “Mübahisələrin alternativ həlli və arbitraj” mövzusu üzrə onlayn qaydada keçiriləcək təlimdə Vəkillər Kollegiyasının üzvü Günel İsmayılbəyli təlimçi qismində iştirak edəcək.

Təlimdə iştirak etmək arzusunda olan vəkillər aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər:

https://forms.gle/dUwwF1dLEcRqyraV8

Əlaqələndirici şəxs: Mələkxanım Rəhimova (Tel: 012-594-99-85, 050 266-77-99).