Ulu Öndərin isti münasibətini hər zaman hiss edirdik

Ulu Öndərin isti münasibətini hər zaman hiss edirdik
Televiziya reportyoru kimi fəaliyyətimə ali məktəbin dördüncü kursunda başlamışdım. Peşəyə ilk addımlarımı atdığım illərdə hər çəkiliş həm məsuliyyət idi, həm də özümü sınamaq imkanı. Az sonra Prezidentin iştirakı ilə keçirilən tədbirlərin işıqlandırılmasına cəlb olunmağım mənim üçün böyük məktəb oldu.
 
Heydər Əliyevə ilk dəfə sual verdiyim anı bu gün də xatırlayıram. Cümləyə başlayanda həyəcan hiss olunurdu, amma o, jurnalistin rahat sual verməsi üçün hər zaman şərait yaradırdı. Cavablarındakı dəqiqlik, davranışındakı mədəniyyət və səmimiyyət bizim üçün peşəkarlıq dərsi idi.
 
Bölgələrə və xarici  ölkələrə səfərlərində də bu isti münasibəti hiss edirdik. Gərgin işin içində belə jurnalistlərin halı ilə maraqlanır, yeməyimizi, içməyimizi soruşur, məmurlara tapşırırdı ki, medianın suallarını cavabsız qoymasınlar. Bu yanaşma onun ilk növbədə jurnalistə verdiyi dəyəri açıq şəkildə göstərirdi.
 
Ümummili lideri hörmətlə anıram. 
Allah rəhmət eləsin.

Əməkdar jurnalist Mehman Mehdiyev