Ulu Öndər və Azərbaycan!
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bir daha 1993-cü ilin 15 iyun tarixində Qurtuluşa nail oldu. Məhz həmin tarixdən etibarən qədirbilən xalqımız təkidlə Bakıya gəlməsini tələb etdiyi Ulu Öndəri Heydər Əliyevin ətrafında daha sıx birləşdi.
Doğru olaraq Xalq Azərbaycan dövlətinin nicatını və inkişafını Heydər Əliyev şəxsiyyətində və siyasətində görürdü. Beləliklə, 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində seçicilərin 97,7%-i iştirak etmişdi. Onların 98,8% -i Heydər Əliyevin lehinə səs vermişdi. Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçilməsi ilə xalqımızın və dövlətçiliyimizin tarixində yeni bir mərhələ başladı.Təqvimin bu günü qələbə və şərəf salnaməsinin başlanğıc günü kimi tariximizə və qəlbimizə əbədi həkk olundu. Həmin taleyüklü seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Hər birimiz gözəl bilirik ki, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. O dövrdə hakimiyyətdə olan AXC-Musavat cütlüyünün yarıtmaz və xəyanətkar siyasəti min-bir əziyyətlə qazanılmış müstəqilliyimizi risk altına salmışdı.
Qeyd etdiyimiz kimi bu vəziyyətdən çıxış yolunu axtaran Azərbaycanın xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. 1992-ci ilin oktyabrında Azərbaycanın “91-lər” adlanan ziyalılar Heydər Əliyevə hakimiyyətə qayıdışı üçün müraciət etmişdilər. 1993-cü il iyunun 9-da Heydər Əliyev, nəhayət, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Heydər Əliyev şəxsiyyəti eyni zamanda Azərbaycan dövlətinə qarşı olan daxili və xarici qüvvələrin arzusunu ürəyində qoydu. 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan, sözün əsl mənasında, müstəqil həyat yaşayır.
Zaman bir daha sübut etdi ki, həqiqətən xalqını sevən və fövqəladə liderlik keyfiyyətləri ilə seçilən dövlət başçısı öz vətəninin taleyində həlledici rol oynamağa qadirdir. Məhz bu ali missiyasına görə Azərbaycan xalqı xilaskar və qurucu lider kimi Heydər Əliyevin ölkəmiz üçün gördüyü işləri daim qədirbilənliklə xatırlayacaq.
Onun misilsiz xidmətləri qarşısında hər zaman minnətdar olacaqdır. Bu gün xalqımız 31 il öncə qurtuluş yolu olaraq edilən seçimi – Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsini tarixi xoşbəxtliyini yaşayır. Dahi şəxsiyyət 2003-cü ildə bütün həyatını həsr etdiyi Azərbaycanın gələcəyini özünün siyasi kursunun ən layiqli davamçısı Müzəffər Prezidentimiz cənab İlham Əliyevə etibar etməklə bütövlükdə xalq və dövlət olaraq gələcək inkişafımızı əbədi təmin etmiş oldu. Cənab İlham Əliyev Ümummilli Liderin əsasını qoyduğu strategiyanı zirvələrə daşımaqla bərabər, həm də bütövlükdə son 200 illik tariximizin qələbə və zəfər salnaməsini yaratdı. Məhz onun rəhbərliyi ilə bu gün Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etmiş, qüdrətli ölkə olaraq inkişf edir, daha böyük qələbələrə zirvələrə inamla addımlayır.
Samir Cəfərov;
Neftçala rayonu, müəllim

