Uğurlu idman siyasəti! - ŞƏRH

Uğurlu idman siyasəti!

Bu günlərdə 2024-cü ilin İdman yekunlarına həsr olunan mərasimdə iştirak edən Müzəffər Ali Baş Komandan, Milli Olimpiya Komitəsinin Prezidenti cənab  İlham Əliyev çıxışında ölkəmizdə idman sahəsində əldə olunan uğurları yüksək qiymətləndirmiş və bu sahəyə dövlət tərəfindən dəstəyin daim davam etdiriləcəyini vurğulamışdır. 2024-cü ili Azərbaycan idmanı üçün uğurlu adlandıran cənab Prezident idmançılarımızın beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etdiklərini və1700-ə yaxın medal qazandıqlarını qeyd etmişdir.

Bəli bu nəticələr onu deməyə əsas verir ki, Azərbaycan idmanı bu gün inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, ölkəmiz dünyada idman dövləti kimi öz gücünü nümayiş etdirir. Bütün bunlar heç şübhəsiz həyata keçirilən düzgün siyasətin nəticəsidir ki, Azərbaycanda hazırda sağlam gənc nəsil yetişib, yetişir və yetişəcəkdir. Məlum olduğu kimi, bu ilin ən böyük beynəlxalq yarışı Yay Olimpiya Oyunları oldu. İdmançılarımız dünyanın əksər ölkələrinin iştirak etdiyi bu yarışda tarixi nəticə əldə etdi. 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanan idmançılarımız komanda hesabında 30-cu yerdə qərarlaşmışdır. Ölkəmiz medal siyahısında müsəlman ölkələri arasında isə üçüncü yerdə qərarlaşmaqla Azərbaycanda idman siyasətinin düzgün istiqamətdə inkişaf etdiyini təsdiq etmişdir. Artıq dördüncü ildir ki, idmançılarımız idman meydançalarına Qalib xalqın nümayəndələri kimi çıxırlar.

Məhz bu amil özü idmançılarımızın mənəvi, psixoloji hazırlığına çox böyük təsir edir.  Bu mənada vətənpərvərlik amili daim diqqət mərkəzində olmalıdır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman nə qədər vacibdirsə, bir o qədər də hərbi hazırlıq və fiziki hazırlıq vacibdir.  Cənab Prezident idmançılarla görüşündə gələn il bizi gözləyən daha bir tarixi idman yarışı haqqında bəhs etdi;  “Gələn il Azərbaycan növbəti böyük idman yarışına ev sahibliyi edəcək, bu da MDB Oyunlarıdır”. Bəli, bu hadisə bird aha nümayiş etdirir ki, Azərbaycan idman ölkəsidir. MBD Oyunlarının paytaxt Bakıda deyil, məhz Gəncə şəhərində, eləcə də digər şəhərlərdə keçirilməsi faktı özü nümayiş etdirir ki, bölgələrimiz də nəinki yerli səviyyəli, o cümlədən bu səviyyədə olan beynəlxalq tədbirləri də yüksək səviyyədə keçirməyə hazırıdır. Xüsusilə son iyirmi ildə regionlarda yaradılmış idman infrastrukturları, Olimpiya mərkəzləri məhz bu məqsədlər üçün yaradılmışdır. 

 Kənan Xəlilov;
 Neftçala rayonu, idmançı