Türkiyəli məşhur milyonçu Acun Ilıcalı həbs edilə bilər
Türkiyənin İstanbul şəhərində qanunsuz mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində məşhur iş adamı Acun Ilıcalı və bir neçə digər şəxs barəsində ittiham aktı hazırlanıb.
TV 8 və EXXEN platformalarında yayımlanan futbol matçları zamanı qanunsuz mərc saytlarının reklam edildiyi iddia olunur.
Bu səbəbdən İstanbul Baş Prokurorluğu Acun Ilıcalı da daxil olmaqla, şübhəlilər üçün 1 ildən 3 ilə qədər həbs cəzası tələb edib.
İttiham aktı məhkəməyə təqdim olunub. Əgər məhkəmə sənədi qəbul edərsə, Acun Ilıcalı və digər şübhəlilər məhkəmə qarşısına çıxacaqlar.

