Toxumçular Assosiasiyası Azərbaycan qadınlarını təbrik edib

Toxumçular Assosiasiyası Azərbaycan qadınlarını təbrik edib

Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva aqrar sahədə çalışan qadınlarımızı o cümlədən onların timsalında bütün Azərbaycan xanımlarını təbrik edib.

Təbrikdə deyilir:

Hörmətli xanımlar!

Sizi “Beynəlxalq Qadınlar Günü” münasibəti ilə səmimi qəlbdən təbrik edir, hamınıza möhkəm cansağlığı, xoşbəxtlik və səadət dolu günlər, aqrar sahdədə daha da inkişafı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. İnanıram ki, bundan sonra da ölkəmizin ictimai-siyası və sosial-iqtisadi inkişafında daha da yaxından iştirak edəcək var qüvvənizlə çalışacaqsınız.

Bayramınız mübarək!