Səfər Mehdiyev riskli əməliyyatlardan danışdı - BÜDCƏYƏ 11 MİLYON MANAT VƏSAİT KÖÇÜRÜLÜB
Ötən il ərzində risk göstəriciləri əsasında toplam 671 gömrük bəyannaməsi üzrə riskli əməliyyatlar aşkar edilib.
BusinessTime-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev tviter səhifəsində yazıb.
Onun sözlərinə görə, bunun nəticəsində 10 milyon 653 min 683,7 manatın dövlət büdcəsinə köçürülməsi təmin olunub.

