Süni intellektli restoran açılacaq

Süni intellektli restoran açılacaq

Bu ilin sentyabr ayında Dubaydakı Bürc Xəlifə göydələninin yanında menyusu süni intellekt tərəfindən yaradılacaq restoran açılacaq.

Oxu.Az bu barədə "Reuters" agentliynə istinadla yazır.

"WooHoo" adlandırılan iaşə obyekti özünü "gələcəyin restoranı" kimi təqdim edir. Hələlik orada yeməklər insanlar tərəfindən hazırlanacaq, lakin atmosfer, xidmət və menyu daxil olmaqla, hər şey "Chef Aiman" ​​dil modeli ilə formalaşdırılacaq.

Neyron şəbəkə menyu yaratmaq üçün minlərlə resepti, qastronomik tədqiqatları və məhsul tərkiblərini öyrənib və təhlil edib.