“Şərq” şadlıq sarayında bədbəxt hadisə baş verib

“Şərq” şadlıq sarayında bədbəxt hadisə baş verib

Bakının Nizami rayonunda yerləşən “Şərq” şadlıq sarayında bədbəxt hadisə baş verib.

Bir neçə gün əvvəl 1989-cu il təvəllüdlü paytaxt sakini Orxan Məhəmməd oğlu Qarayev Bəkir Çobanzadə küçəsində yerləşən şadlıq sarayının pilləkənlərindən yıxılıb.

Xəstəxanaya yerləşdirilmiş O.Qarayev dünən xəstəxanada vəfat edib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. (Qafqazinfo)