"Salam Taksi" bağlandı

"Salam Taksi" bağlandı

Bakıda fəaliyyət göstərən məşhur taksi şirkəti - "Salam Taksi"  fəaliyyətini dayandırıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, taksi şirkəti 2024-cü il yanvarın 1-dən bağlanıb.

 Saytımıza məlumat verən taksi sürücülərindən biri bildirib ki, şirkətdən onlara qeyri-müəyyən vaxta qədər fəaliyyət göstərməyəcəkləri, ancaq sonradan işlərini bərpa edəcəkləri bildirilib. Lakin bunun nə vaxt baş verəcəyi deyilmir.

Xəbəri dəqiqləşdirmək üçün taksi xidmətinin qısa nömrəsinə zəng etsək də, nömrəyə zəng çatmadı.

Şirkətin mobil əlavəsi də fəaliyyətini dayandırıb.