Rusiyada dolların məzənnəsi son beş ayda ilk dəfə 85 rublu keçdi
Rusiya Mərkəzi Bankı sentyabrın 12-nə ABŞ dollarının rəsmi məzənnəsini 85,6647 rubl səviyyəsində müəyyən edib.
BusinessTime.az bu barədə RBK-ya istinadla xəbər verir.
Dolların rəsmi məzənnəsi sonuncu dəfə beş ay əvvəl, aprelin 11-də 85 rubldan yuxarı olub.
Qeyd edək ki, Mərkəzi Bank sentyabrın 11-nə dolların məzənnəsini 84,9211 rubl səviyyəsində müəyyən etmişdi.
Beləliklə, dollar 74,36 qəpik bahalaşıb.

