Rəşad Kərimovun ölkədən çıxışına STOP QOYULDU

Rəşad Kərimovun ölkədən çıxışına

İsmayıllı rayonunda yerləşən Azərbaycan Avtomobil Yolları Agentliyinin (AAYA) "9 nömrəli Yol İstismarı" MMC-nin direktoru Rəşad Kərimovun ölkədən çıxışı məhdudlaşdırılıb.

Buna səbəb R.Kərimovun rəhbəri olduğu qurumun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 1270960.76 AZN vergi borcunun olmasıdır.

Qeyd edək ki, nizamnamə kapitalı 2.5 milyon manat olan olan "9 nömrəli Yol İstismarı" MMC-nin qanuni təmsilçisi olan R.Kərimov 2018-ci ildən sözügedən qurumun rəisi vəzifəsində çalışır.

Qaynarinfo