Qlobal çip satışları 22%-dək artıb
Avqustda qlobal çip satışı ötən ilin eyni ayı ilə müqayisədə 21,7% artaraq 64,88 milyard dollara çatıb.
Bu barədə Yarımkeçiricilər Sənayesi Assosiasiyasının (SİA) press-relizində deyilir.
İyul ayı ilə müqayisədə artım 4,4% olub.
Avqustda Şimali və Cənubi Amerikada satışlar illik müqayisədə 25,5%, Çində 12,4%, Avropada 4,4%, Asiya-Sakit okean və digər regionlarda isə 43,1% artıb. Bu arada Yaponiyada 6,9% azalma qeydə alınıb. (iqtisadiyyat)

