Qarabağda bu ərazilər çəpərlənəcək - 8,4 milyon ayrıldı
Keçmiş təmas xəttində yerləşən yüksək çirklənmiş ərazilər çəpərlənəcək.
Bu barədə İqtisadiyyat.az Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat əldə edib.
ANAMA həmin ərazilərin çəpərlənməsi işlərinin icrası ilə bağlı “DMC Alyans Qrup” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə nəhəng müqavilə bağlayıb.
Müqaviləyə əsasən, keçmiş təmas xəttində yerləşən yüksək çirklənmiş ərazilər çəpərlənməsi 8,4 milyon manata başa gələcək.

