PETKİM “STAR”dakı payını artırmaqdan imtina edib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Türkiye”nin tabeliyindəki “PETKİM Holdinq” “STAR” Neft Emalı Zavodundakı (NEZ) payını 18 %-ə çatdırmaqdan imtina edib.
BusinessTime-ın “BloombergHT”yə istinadən verdiyi xəbərə görə, bununla da şirkət payını 12 % civarında artırıb.
Qurumun açıqlamasında deyilir ki, payın artırılmaması qarşıya qoyulan hədəflərə çatmağa mane olmayacaq.
Qeyd edək ki, PETKİM ötən həftə verdiyi açıqlamada bazardakı uyğunsuz şəraitə görə, “STAR”da 720 milyon ABŞ dolları civarında olan 18 %-lik səhmlərinə dolayısı ilə sahib olmaqdan imtina edib. Nəticədə holdinq NEZ-in 12 %-lik hissəsini 480 milyon ABŞ dollarına almağı qərara alıb.
Yazar

