"Netflix"in gəlirləri artıb
Onlayn serial və film izləmə platforması "Netflix" üçüncü rübdə xalis mənfəət, gəlirində artım qeydə alıb.
Bu barədə "Netflix" balans hesabatını açıqlayıb.
Məlumata görə, iyul-sentyabr dövründə "Netflix"in xalis gəliri 2,36 milyard dollar və ya hər bir səhm üçün 5,4 dollar olub. Ötən ilin eyni dövründə isə bu rəqəm 1,68 milyard dollar və ya hər səhm üçün 3,73 dollara bərabər olub. Şirkətin gəliri 8,54 milyard dollardan 9,82 milyard dollara yüksəlib.
Cümə axşamı günü "Netflix" səhmləri ticarətdə 5% bahalaşıb.(iqtisadiyyat)

