Nazirlikdə yeni rəis təyinatı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi vəzifəsinə yeni təyinat baş tutub.
Bu barədə məlumatı ETSN-in mətbuat katibi İradə İbrahimova açıqlayıb.
Bildirilib ki, bu vəzifə müvəqqəti olaraq Xaliq Mirzəyevə həvalə edilib.
X. Mirzəyev bu təyinata qədər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini vəzifəsində çalışıb.

