Nazir müşavirlərindən birini vəzifəsindən azad etdi

Nazir müşavirlərindən birini vəzifəsindən azad etdi

Rauf Əliyev gənclər və idman nazirinin müşaviri vəzifəsindən azad olunub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı nazir Fərid Qayıbov müvafiq əmr imzalayıb.

Məlumata görə, o, təqaüd yaşına çatdığına görə işdən çıxıb.

Qeyd edək ki, daha əvvəl verdiyimiz məlumata əsasən, Ramil Cabbarov gənclər və idman nazirinin müşaviri vəzifəsinə təyin olunub. O, bu təyinatadək nazirliyin Gənclərlə iş şöbəsinin müdiri işləyib. Həmin şöbəyə müdir isə Ülviyyə Axundova təyinat alıb.

Xatırladaq ki, Fərid Qayıbov bu ilin əvvəlində daha bir müşaviri - Hikmət Babayevi də vəzifəsindən azad edib.