Naxçıvanda yeni rabitə və internet layihələri

Naxçıvanda yeni rabitə və internet layihələri

Son vaxtlar Naxçıvan Muxtar Respublikasında rəqəmsal inkişaf və internetlə bağlı yeni lyihələr həyata keçirilir. Yaxın vaxtlarda internet xidmətlərinin 25 – 50 faiz ucuzlaşmasına hazırlıq işləri aparılır. Müsahibimiz – muxtar respublikanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Rahid Ələkbərli gerçəkləşdirilən bu layihələr, gözlənilən yeniliklər barədə XQ-yə açıqlamasında bildirdi: 

– Hazırda muxtar respublikada Prezident İlham Əliyevin təsdiq etdiyi 2023–2027-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı sahələr üzrə uğurla gerçəkləşdiri­lir. Həmin layihələrdən biri Data mərkəzinin yaradılmasıdır və artıq layihələndirmə işləri görülür. Muxtar respublikanı tam əhatə edən – Türkiyə Respublikasının sərhədindən Zəngə­zur dəhlizinə qədər ərazidən keçən fiber-optik magistral xətləri çəkilir. Bu magistral xətlər mövcud infrastrukturun saxlanılması ilə ya­naşı, yeni alternativ şəbəkənin də yaradılması deməkdir. Bu da tutumların daşınmasından başqa, muxtar respublika ərazisində istifadə­çilərin yüksəksürətli internet ilə təmin olun­ması və altrenativ infrastrukturun yaradılma­sında çox effektli olacaq.

Dövlət proqramı çərçivəsində başqa bir layihə isə IP telefoniya şəbəkəsinin qurulma­sıdır. Burada həm təhlükəsizliyin yüksədil­məsi, həm də infrastrukturun gücləndirilməsi istiqamətində işlər aparılır. Digər bir layihə isə bu infrastrukturun daha çox genişləndirilməsi və bütün ərazilərə tətbiq olunmasıdır. Yüksək­sürətli internet istiqamətində də şad bir xəbəri­miz var. Bu isə 120 mindən çox abunəçi üçün nəzərdə tutulmuş Gigabit tutumlu Passiv Op­tik Şəbəkə texnologiyasının tətbiqi layihəsidir. 

Bu layihədə ən son yeni texnologiyaların tətbiqi həyata keçiriləcək və sürətin 1 obit/sa-niyə sürətlə abunəçilərə çatdırılması təmin ediləcəkdir. Deməli sürətin kifayət qədər ar­tırılması qiymətin yaxşı istiqamətdə endiril­məsinə və keyfiyyətin yüksəldilməsinə böyük təsir göstərəcək.

Azərbaycan Respublikasının Rəqəm­sal İnkişaf və Nəqliyyat Nazirliyi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və bi­zim nazirliyimiz birgə, əlaqəli fəaliyyət göstə­rir. 

– Muxtar respublikada məktəbli və tələ­bələrin böyük maraq göstərdiyi rəqəmsal­laşma prosesi neçə həyata keçirilir?

– Ərazidəki bütün təşkilatların fəaliyyə­tində rəqəmsallaşma sahəsində ardıcıl işlər aparılır. “Rəqəmsal portfel”in gücləndirilməsi istiqamətində aparılan bu işlər də qeyd edilən dövlət proqramının tərkib hissəsidir. Yeni tex­nologiyalar təkcə yeni nəslin deyil, əhalinin geniş dairəsinin maraq göstərdiyi sahədir. Bu, əslində, ümumdünya prosesidir. Çünki İKT kifayət qədər yeni sahə olduğu üçün mütəxəs­sislərin bu texnologiyanı mənimsəmələri üçün müəyyən qədər vaxt tələb olunur. muxtar respublikada bizim tədris mərkəzimiz fəaliy­yət göstərir. Bu mərkəzdə hazırlıqlı kadrların formalaşması, yeni texnologiyaların, sistem və şəbəkə mühəndisliyinin, yüksəksürətli in­ternetin çatdırılması üçün texniki heyətin güc­ləndirilməsi istiqamətində işlər aparılır. 

Bundan başqa Azərbaycanın digər sahələ­rində fəaliyyət göstərən tədris mərkəzləri ilə kollaborativ əməkdaşlıq istiqamətində işlər aparılır. 

– Bəs bu sahədəki yeniliklər nədən ibarət olacaq?

– Nazirliyin tabeliyindəki qurumlar mux­tar respublikanın telekommunikasiya şəbəkə­sində yeni fiber-optik magistral şəbəkənin layihəsinin hazırlanması, passiv optik şəbəkə avadanlıqlarının satın alınması, Data Mərkə­zinin texniki infrastrukturunun yaradılması ilə bağlı işləri də sürətlə aparır. Sadaladıqlarımız, əslində, bizim tender istiqamətlərimizdir. Für­sətdən istifadə edib özəl sektoru həmin ten­derlərdə fəal iştirak etməyə dəvət edirik. Bu tenderlər müxtəlif sahələri əhatə edir. 

Təbii ki, ilkin mərhələdə biz infrastruk­turun qurulması, Data mərkəzinin layihələn­dirilməsi, onun ilkin avadanlıqlarının satın alınması istiqamətində tenderlər elan etmişik. 2024-cü il bizim üçün geniş quruculuq ili olacaq. Bu tenderlərdə satın alınmış avadan­lıqların, layihələrin icrası istiqamətində ciddi işlər görüləcək. Kadrların yetişdirilməsi, po­tensialın gücləndirilməsi, bundan başqa, Data mərkəzinin tikilməsi, infrastrukturun geniş­ləndirilməsi istiqamətində bir çox işlər aparı­lacaq. Bir çox layihələrin icrası 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur. Ümid edirik ki, tezliklə muxtar respublika sakinləri rabitə sahəsində önəmli yeniliklərin şahidi olacaqlar və bütün bunlar onların həyatında əlavə rahat­lıq və məmnunluq yaradacaq.