Naxçıvanda vergi ödəyicilərinin sayı 7,2 faiz artıb
Cari ilin iyun ayının 1-nə Naxçıvan Muxtar Respublikası üzrə uçotda olan 55 min 678 vergi ödəyicisinin 94,7 faizi fiziki şəxslər, 5,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2025-ci illə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,2 faiz, o cümlədən fiziki şəxslərin sayı 7,4 faiz, hüquqi şəxslərin sayı isə 4,3 faiz artıb.
Qeydiyyatda olan kommersiya qurumlarının sayı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,8 faiz artaraq 1883 olub. 2026-cı ilin 5 ayında kommersiya qurumlarının 85,6 faizi elektron qaydada, 14,4 faizi kağız daşıyıcısı vasitəsilə qeydiyyata alınıb.


