Nadir avtomobillər hərraca çıxarılır
İki superkar - "Mercedes-AMG One" və "Mercedes-AMG GT Black Series Project One Edition" avtomobilləri bu ilin oktyabrında Münhendə keçiriləcək "RM Sotheby's" hərracına çıxarılacaq.
Oxu.Az auto.ru-ya istinadən xəbər verir ki, onlardan biri Nürburqrinq rekorduna sahibdir.
Avtomobillərin 2.75 milyon dollardan 3.4 milyon dollaradək qiymətə satılacağı təxmin edilir.
Hibrid "Mercedes-AMG One" 1.6 litrlik V6 turbomühərriki (574 at qüvvəsi) ilə təchiz edilib. O, həmçinin dörd elektrik mühərrikinə malikdir. Mühərriklərin ümumi gücü 1063 at qüvvəsidir. Avtomobil məhdud sayda - 275 ədəd istehsal olunub.

