Möminə xatun türbəsi ilə bağlı - Sərəncam
Naxçıvanda Möminə xatun türbəsi bərpa olunacaq.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, abidədə bərpa və konservasiya işlərinin aparılması üçün Prezidentin ehtiyat fondundan Naxçıvanın Nazirlər Kabinetinə ilkin olaraq 1 milyon manat vəsait ayrılıb.

