Minatəmizləmə Agentliyi Zəngilandakı bazasını genişləndirməyə 1,4 milyon manat xərcləyəcək
Minatəmizləmə Agentliyi modul tipli bazalar qurmaq üçün inventar və avadanlıqlarla təchiz edilmiş konteynerlərin alınması, Zəngilandakı bazasının genişləndirilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
BusinessTime dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Ekoservis-A" MMC-dir.
Qalib şirkətə 1,381 milyon manat ödəniləcək.

