"Milka" şokoladları təhlükəlidirmi?
Kanadada "Milka" şokoladının tərkibində deklarasiya olunmamış fındıq olduğu üçün geri çağırılıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kanadanın "CBC" agentliyi məlumat yayıb.
“Geri çağırılan məhsullar ya atılmalı, ya da alındığı yerə qaytarılmalıdır”, – deyə Kanada Qida Təftiş Agentliyi (CFIA) bildirib.
Bundan əvvəl Avropa Komissiyası "Milka" şokoladının istehsalçısı "Mondelez" şirkətini bazarda dominant mövqeyindən sui-istifadə etdiyi üçün 337,5 milyon avro cərimə etmişdi.
"Mondelez" şirkətinin 2012-ci ildən 2019-cu ilədək qanun pozuntularına yol verərək, Avropa İttifaqında topdan alıcıların məhsullarını satdıqları əraziləri məhdudlaşdırdığı məlum olub. Bundan əlavə, Avropa Komissiyasının məlumatına görə, 2006-cı ildən 2020-ci ilədək şirkət distribyutorlara digər Avropa ölkələrindəki satış sorğularına cavab verməyə icazə verməyib. Nəticədə, "Mondelez" məhsullarının qonşu Aİ ölkələrində qiymət fərqi 40%-ə qədər çatıb.

