“MİDA”nın daha bir kotirovka sorğusu baş tutmadı

“MİDA”nın daha bir kotirovka sorğusu baş tutmadı

“MİDA” MMC-nin yeni inşa olunan yaşayış komplekslərinin tikintisinə hazırlıqla əlaqədar metal konstruksiyalı məlumat lövhələrinin və bayraq dirəklərinin hazırlanıb quraşdırılması ilə əlaqədar elan etdiyi kotirovka sorğusu ləğv olunub.

Pravda.az-ın xəbərinə görə, bu barədə qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.

Qeyd olunub ki, qalib təchizatçını seçmək mümkün olmayıb.

Kotirovka sorğusunun dəyəri 75 614 manat olub.