MİDA Binəqədi Yaşayış Kompleksindən mənzilləri satışa çıxarır
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Binəqədi Yaşayış Kompleksi üzrə 204 mənzilin satışı 3 dekabr saat 11:00-da başlayacaq və 12 dekabr saat 11:00-da başa çatacaq.
Bu barədə "Report"a Agentliyin mətbuat katibi Diana Dadaşova məlumat verib.
Onun sözlərinə görə, Binəqədi Yaşayış Kompleksində satışa çıxarılan mənzillərin qiymətləri aşağıdakı kimi olacaq:
Studio tipli mənzillər – 48 120 manat
2 otaqlı mənzillər – 69 240 manat
3 otaqlı mənzillər – 87 480 manat
4 otaqlı mənzillər – 118 800 manatdan başlayır

