"Meta" 10 min əməkdaşı işdən çıxarmağa hazırlaşır
"Meta" şirkəti 10 min əməkdaşını işdən çıxarmağa hazırlaşır.
BusinessTime xaric KİV-lərə istinadən xəbər verir ki, bu addımın atlmasında məqsədin səmərəliliyə nail olması deyilib.
Müxtəlif mənbələrdən sızan məlumata görə, şirkətin baş direktoru Mark Zukerberqin keçən noyabr ayında təxminən 11 min nəfəri işdən çıxardıqdan sonra yenidən bu addımı atmağa hazırlaşır.
"Meta"nın struktur rəhbərlərinə göndərilən bildirişdə işdən çıxarılma qərarının "Facebook", "WhatsApp", "Instagram" və "Reality Labs"a təsir edəcəyi, işdən çıxarıldıqdan sonra işçilərin vəzifələrinin yenidən müəyyən ediləcəyi bildirilib.
İşdən azadolmaların mayda da davam edəcəyi ilə bağlı məlumatlar yayılıb.
Bundan əlavə, göndərilən qeyddə ilk rübün sonuna qədər işə qəbulu donduran "Meta"nın bu müddəti uzatdığı bildirilib.

