"Mercedes" Rusiya bazarına marağı itirib
Məşhur alman avtomobil markası olan "Mercedes-Benz" Rospatentə müraciətə baxmayaraq, Rusiya bazarına qayıtmaq imkanını nəzərdən keçirmir.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.
"Müharibə başlayandan sonra almanlar Rusiya Federasiyasının bazarına qayıtmaq üçün heç bir şərti müzakirə etməyiblər və ya bunu nəzərdən keçirməyiblər. Çünki artım və qazanc üçün heç bir ilkin şərt də yoxdur. Satışların aşağı olacağı proqnozlaşdırılır və Çin modelləri artıq bazarın böyük bir hissəsini ələ keçirməyə müvəffəq olub. Bu üstünlüyü geri almaq o qədər də asan olmayacaq", - nəşr yazıb.
Xatırladaq ki, geri satınalma opsiyasının şərtlərinə əsasən, "Mercedes"in Moskva vilayətindəki keçmiş zavodunun geri alqı-satqı müqaviləsini tamamlamaq üçün altı il vaxtı var. Buna baxmayaraq, Rusiya mediası şirkətin yenidən Rusiya bazarında mövcudluğunu əvvəlki kimi bərpa etmək istəyində olmadığını yazır.

