Mən niyə seçimimi 2008-ci ildə etdim?

Mən niyə seçimimi 2008-ci ildə etdim?

Cənab İlham Əliyev ilk dəfə 2003-cü ildə prezidentliyə namizəd olanda mənim 16 yaşım yenicə tamam olmuşdu. Hələ səs vermək hüququm yox idi. 2008-ci ildə ilk dəfə seçkilərdə iştirak edəndə artıq 21 yaşım var idi. Azərbaycan Dövlət Pedaqoji Universitetinin sonuncu kursunda təhsil alırdım. Prezident seçkilərində cənab İlham Əliyev namizədliyini yenindən irəli sürmüşdü.

Xalqımız növbəti 5 ildə də Prezident kimi İlham Əliyevi görmək istəyirdi. Mən də bir vətəndaş kimi öz hüququmdan istifadə edərək, cənab İlham Əliyevə səs verdim, seçimi birdəfəlik etdim. Səbəbi? İndi isə gördüklərimi, eşdiklərimi siz oxucularımla bölüşmək istəyirəm.

Mən Qarabağda - Bərdə rayonunda doğulub boya-başa çatmışam. Ağdam rayonu işğal olunduqdan sonra Bərdə Qarabağın yükünü çiynində daşımağa başladı, minlərlə məcburi köçkünü qoynuna aldı. O ağır günləri həmyaşıdlarım kimi mən də yaşamışam və ən çox yaddaşımda qalan ağır silah səsləri idi.
Torpaqlarımız işğal olunanda 6 yaşım tamam olmuşdu. Təbii ki, baş verənləri tam dərk edə bilməzdim. Gəlin ona görə də ötən tariximizə bir yerdə nəzər salaq, xalqımız keçdiyi çətin günləri xatırlayaq.
1993-cü il Vətənimiz üçün çox ağır il idi - bir tərəfdən torpaqlarımız işğal olunurdu, digər tərəfdən Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Müharibə özü ilə böyük bədbəxtlik gətirmişdi. Anaların gözlərindən axan göz yaşları ilə bərabər, ataların çiynində daşınan şəhid tabutuna kimi. Küçələrdə evini, mülkünü, ailəsini itirən insanlarlara bərabər gecədən səhərə kimi çörək növbəsində soyuqda dayanan valdeyinlər kimi. Şam işığında dərslərini oxuyan uşaqlardan tutmuş ümidsiz nənələrə, gözündə kədər babalara qədər, əmrə tabe olmayan silahlı əsgərlərdən tutmuş qızınmaq üçün odunsuz sobaların ətrafına yığılan uşaqlara qədər...

Amma hər qaranlıq gecənin bir işıqlı səhəri də var imiş. Xalqımızın birliyi, dözümlüyü öz sözünü dedi. Xalqın tələbi yerinə yetdi. Ulu Öndər dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəldi. Düşmənin sürətli hücumlarının qarşısı alındı. Cəbhədə uğurlu döyüş əməliyyatı keçirildi. 20-dən çox yaşayış məntəqəmiz işğaldan azad olundu. Azərbaycan dövləti yenindən quruldu. Ölkədə sabitlik əminamanlıq yaradıldı. Ordu quruculuğuna başlandı. Ölkəmiz sürətli inkişaf tempinə qədəm qoydu. Azərbaycan dünyəvi dövlətə çevirildi. Amma ölkəmizin çiçəklənən dövründə xalqımıza ağır itki üz verdi -  Ulu Öndər dahi şəxsiyyət Heydər Əliyev dünyasını dəyişdi. Böyük itki olsa da xalqımız sarsılmadı, Ulu Öndərin davamçısı cənab İlham Əliyevi dövlət başçısı seçdi.

Bəs ötən 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında hansı yeniliklər oldu? Gəlin bir yerdə nəzər yetirək. Ölkədə təhsilə qayğı, gənclərə diqqət, böyük quruculuq-abadlıq, müasir güclü ordu, dünyəvi dövlət, 44 günə qələbə, onun dövründə yetişən və canını Vətən üçün fəda verən gənclər, Xankəndidə qələbə paradı, Azərbaycanın ərazi bütövlüyünün tam bərpası, ermənisiz Qarabağımız...

Bütün bunları bizə yaşadan Ulu Öndər, ölməz şəxsiyyət Heydər Əliyevin davamcısı Alı Baş Komandan İlham Əliyevin bizlər üçün etdiklərinin az hissəsidir. Məhz bu səbəbdən mən öz seçimimi 2008-ci ildə doğru etmişəm. Bilirəm ki, mən tək deyiləm, minlərlə gənc öz seçimini mənim kimi 2008-ci ildə edib. Qalır onu sənəd üzərində qeyd etmək.

Uğurlar, cənab Ali Baş Komandan İlham Əliyev

Zövqiyyə Namətqızı