Mediatorlar Türk Dövlətləri Təşkilatının nümayəndəliyində qəbul edilib

Mediatorlar Türk Dövlətləri Təşkilatının nümayəndəliyində qəbul edilib

Azərbaycan Respublikasının Mediasiya Şurasının mediatorlardan ibarət nümayəndə heyəti Türk Dünyası Mediatorlar Birliyinin iştirakı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə Macarıstana səfəri zamanı Budapeşt şəhərində yerləşən Türk Dövlətləri Təşkilatlnda qəbul edilib. 

Qəbul zamanı Türk Dünyası Mediatorlar Birliyinin Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının önəmli olduğu vurğulanıb və əməkdaşlıq çərçivələri geniş müzakirə edilib.