Mediasiya təşkilatı rəhbərlərinin növbəti görüşü keçirildi - FOTO

Mediasiya təşkilatı rəhbərlərinin növbəti görüşü keçirildi

Bu gün Mediasiya Şurasının təşəbbüsü ilə mediasiya təşkilatı rəhbərləri arasında kommunikasiyanın gücləndirilməsi, mediatorların bir-birlərini daha yaxından tanıması və uğurlu mediasiya proseslərində birgə iştiraka dəstək məqsədi ilə mediasiya təşkilatı rəhbərləri səhər yeməyində bir araya gəliblər. 
Sayca 9-cu olan görüşdə Mediasiya Şurası İdarə Heyəti, Bakı və digər inzibati ərazilərdə fəaliyyət göstərən mediasiya təşkilatları rəhbərləri qatılıb.

Mediator Klubunda mediatorlar, mediasiya təşkilatları öz töhfələri çərçivəsində iştirak etməklə səhər yeməklərində bir araya gəlir, bir-birlərini daha yaxından tanıyır və təcrübədə rast gəlinən məsələləri birgə müzakirə edirlər.