Məcnun Məmmədov aqrar sığorta ilə bağlı çağırış edib
"Təbiətin şıltaqlığı bizə aqrar sığortanın önəminin ildən-ilə artdığını göstərir. Fermerlərə səslənirəm ki, könüllü şəkildə aqrar sığortaya qoşulsunlar".
Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.
O, həmçinin bildirib ki, təbiət hadisələri nəticəsində fermerlərə dəymiş zərəri Aqrar Sığorta Fondunun ekspertləri qiymətləndirir: "Təbii ki, sığorta olunmuş bütün əkin sahələrinin sahiblərinə ödəniş ediləcək".
Bundan başqa, nazir deyib ki, bu günə qədər 160 min hektar taxıl sahəsinin 15-16 %- biçilib, eyni zamanda 328 ton yaş barama təhvil verilib.
Report

