Lənkəranda maarifləndirici tədbir keçirilib

Lənkəranda maarifləndirici tədbir keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkilatçılığı ilə Lənkəranda işəgötürənlər üçün “ƏMAS-ın imkanları və yeniliklər” və “İş yerlərində əməyin mühafizəsi” mövzularında maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran-Astara regional şöbəsinin əməkdaşı “Əmək və Məşğulluq” altsisteminin imkanları barədə çıxış edərək, sistemin funksionallığı və tətbiq edilən yeniliklər haqqında iştirakçıları məlumatlandırıb.

Daha sonra iştirakçılara müəssisələrdə əməyin mühafizəsi üzrə norma və qaydaların tətbiqi, qəbul edilmiş yeni standartların əhatə dairəsi, eləcə də Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri barədə geniş məlumat verilib.

Görüşdə dövlət və qeyri-dövlət qurumlarını təmsil edən 120 nümayəndə iştirak edib və onları maraqlandıran suallar cavablandırılıb.