İşdən qanunsuz çıxarılan 48 nəfər əvvəlki işlərinə bərpa olunub - VİDEO

İşdən qanunsuz çıxarılan 48 nəfər əvvəlki işlərinə bərpa olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-avqust ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 349 min 334 manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi Solmaz Aydəmir İctimai televiziyaya açıqlamasında bildirib ki, müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 48 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib. Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.