İlon Maskdan daha bir rekord - sərvəti 400 milyard dollar ötdü

İlon Maskdan daha bir rekord

Amerikalı sahibkar İlon Mask 400 milyard dollardan çox sərvəti olan ilk insan kimi tarixə düşüb.

Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Agentliyin hesablamalarına əsasən, Mask "SpaceX" şirkətinin səhmlərinin satışından 50 milyard dollar gəlir əldə edərək, ümumi sərvətini 439,2 milyard dollara çatdırıb.

Bu, sahibkarın öz sərvət rekordunu təkrarladığı və dünyanın ən zəngin insanı olaraq tarixə düşdüyü ilk hadisə deyil. Cari ilin noyabr ayının sonunda Maskın sərvəti 347,8 milyard dollara çatmışdı ki, bu da onun 2021-ci ilin noyabrında müəyyən etdiyi əvvəlki rekordundan 7,4 milyard dollar çoxdur.