İlon Mask Donald Tramp administrasiyasını tərk edir

İlon Mask Donald Tramp administrasiyasını tərk edir

Sahibkar İlon Mask ABŞ Hökumətinin Effektivliyi Departamentini (DOGE) tərk edir.

Mask bu barədə özünün "X" hesabında yazıb.

O qeyd edib ki, xüsusi dövlət qulluqçusu kimi səlahiyyət müddəti bitdiyindən tutduğu vəzifəni tərk edir.

O, ABŞ Hökumətinin Effektivliyi Departamentinin işinin bundan sonra daha səmərəli olacağına ümid etdiyini vurğulayıb.