İcra başçısı vətəndaşların problemlərini dinlədi
Neftçala Rayon İcra Hakimiyyəti başçısı rayonun Abasallı kəndinin sakinləri ilə növbəti səyyar qəbulunu həyata keçirib.
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, kənd sakinləri iştirak edib.
Görüşdə çıxış edən Mirhəsən Seyidov Aprel Zəfərindən, 44 günlük Vətən müharibəsindən, müharibədə iştirak edən vətən oğullarının igidliyindən, döyüş yolundan və sentyabr ayının 12-dən 13-nə keçən gecə düşmənin təxribatı zamanı hərbiçilərimizin qəhrəmancasına döyüşməsindən, döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunmasından, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən danışıb və yaralanan hərbçilərimiz haqqında məlumat verib.
Səyyar qəbulda əsasən Abasallı kənd tam orta məktəbinin təmiri, suvarma suyunun ədalətli bölünməsi, özünəməşğulluq proqramının təmin olunması, Şorkənd- Beştalı- Tatarməhlə- Şirvanlı yolunun yenidən təmir olunması və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
Qeyd edək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.

