"Honda" və "Nissan" birləşmək üçün danışıqlar aparır
Yaponiyanın "Honda Motor" və "Nissan Motor" şirkətləri Çin avtomobil istehsalçılarının artan rəqabəti və elektriklə işləyən avtomobillərə gözləniləndən daha aşağı istehlak tələbi səbəbindən birləşmək üçün danışıqlar aparır.
İqtisadiyyat.az bu barədə“Finacial Times” qəzetinə istinadən xəbər verir.
Beləliklə, şirkətlər Çin avtomobil sənayesi ilə daha yaxşı rəqabət aparmaq istəyirlər.
Bildirilib ki, Çinin avtomobil istehsalçısı "BYD" bu ilin ikinci rübündə qlobal satış həcminə görə "Honda Motor" və "Nissan Motor"u ötüb və dünyada yeddinci yeri tutub. Ötən ilin eyni dövrü ilə müqayisədə şirkət satış həcmini 40% artırıb.

