"Hazel" brendi Azərbaycan Halal Forumunda iştirak edib
8-9 oktyabr tarixlərində Bakıda İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA, Iteca Caspian LLC təşkilatçılığı ilə Azerbaijan Halal Business Forum – AZHAB Forum keçirilib.
İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi və KOBİA-nın təşkilatçılığı ilə baş tutan tədbir, “Caspian Event Organisers” MMC, İslam Əməkdaşlıq Təşkilatı (OIC), Beynəlxalq İslam Biznesi Assosiasiyası, İslam Ticarət və İnkişaf Palatası (ICO), İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC), İslam ölkələri üçün Standartlar və Metrologiya İnstitutu (SMIIC) tərəfindən dəstəklənir.
Konfrans və sərgi olmaqla iki hissədən ibarət olan forumun sərgi hissəsində isə Azərbaycan və xarici ölkələrdən olan 30-a yaxın şirkətin məhsul və xidmətləri nümayiş olunur.
Sərgidə Azərbaycanın "Hazel" brendi də öz məhsullarını nümayiş etdirib.
"Hazel", 1964-cü ildə qurulmuş Balakən konserv zavodunun nəzdində olan "Balakan food"un təməlində təsis olunmuş bir markadır. Yüksək keyfiyyətli, əvəzolunmaz dada malik olan Belçika şokoladlarından istifadə edərək, çox çeşidli, hər zövqə uyğun şokolad məmulatlarını müştərilərilərə təqdim edilir.


