"Fox" 22 milyard dollara şirkət satın alır
"Fox" axın xidmətləri və smart TV platformaları sahəsində fəaliyyət göstərən "Roku" şirkətini təxminən 22 milyard dollara satın almaq üçün razılıq əldə edib.
Valyuta.az xəbər verir ki, müqavilənin 2027-ci ilin ilk yarısında tamamlanacağı gözlənilir. Satınalma nəticəsində "Fox"un xəbər və idman məzmunu Roku-nun platformaları ilə birləşdiriləcək.
Şirkətin məlumatına görə, bu addım "Fox"a 100 milyondan çox ev təsərrüfatına çıxış imkanı qazandıracaq və reklam biznesini gücləndirəcək.
"Fox" bildirib ki, birləşmədən sonra yaranacaq şirkət izlənmə payına görə ABŞ-da üçüncü ən böyük televiziya şirkəti olacaq.


