FHN “Lukoil”ə cərimə yazdı

FHN “Lukoil”ə cərimə yazdı
Fövqəladə Hallar Nazirliyi (FHN) "Lukoil-Azərbaycan" barəsində cərimə protokolu tərtib edib.
İqtisadiyyat.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən tərtib olunub.
Belə ki, FHN “LUKoil”ə məxsus yanacaqdoldurma məntəqəsinin yanğın təhlükəsizliyi qaydasını pozduğunu iddia edir. Nazirliyin protokolu baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. İş hakim Zaur Hacıyevin sədrliyi ilə araşdırılacaq.
Bu ayın 28-də məhkəmədə FHN-in tərtib etdiyi protokolla bağlı baxış iclası keçiriləcək.
Qeyd edək ki, “LUKoil” şirkəti Azərbaycanın neft-qaz sektorunda 1994-cü ildən fəaliyyət göstərir. Şirkət “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrinin hər birində 10% paya malikdir. Bundan başqa, ölkədə pərakəndə yanacaq bazarında iştirak edir.  “LUKoil” şirkətinin prezidenti azərbaycanlı milyarder Vahid Ələkbərovdur.