Ərdoğan istədi, Paşinyan hərəkətə keçdi - 10 məscid tikiləcək

Ərdoğan istədi, Paşinyan hərəkətə keçdi

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə on yeni məscid tikməklə bağlı təşəbbüslə çıxış edib. 

Ölkə.az xəbər verir ki, bu məscidlərdən beşinin Ermənistan-Türkiyə sərhədinə yaxın ərazilərdə, qalan beşinin isə böyük şəhərlərdə tikiləcəyi bildirilir.

Ermənistan hökumətinə yaxın mənbələrin bildirdiyinə görə, bu təşəbbüs prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən dəstəklənib və o, layihəni iki ölkə arasında mədəni və dini əlaqələri gücləndirmək üçün bir fürsət hesab edir.

Ermənistanda yeni məscidlərin tikintisinə dekabrın əvvəlində başlanacağı gözlənilir.

Hazırda Ermənistanda yalnız bir məscid var. 18-ci əsrə aid məşhur Hüseyn Əli  və ya Göy məscidi kimi tanınır və İrəvanda yerləşir.