Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrində dəyişiklik edilib
Bank "BTB" ASC Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) üzv bankların reyestrindən çıxarılıb və banka verilən şəhadətnamə ləğv edilib.
BusinessTime bu barədə ƏSF-ə istinadən xəbər verir.
Bu, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 27 iyul 2026-cı il tarixli Qərarına əsasən qəbuı edilib. Belə ki, Bank "BTB" ASC-nin müraciəti əsasında "Banklar haqqında" Qanunu, eləcə də "Bankların yenidən təşkili haqqında Qaydalar"a müvafiq olaraq banka verilmiş lisenziya ləğv edilıib, bankın T-Kredit" Bank Olmayan Kredit Təşkilatı" MMC-yə çevrilməsi prosesi tamamlanıb.


