Dünya əmtəə birjalarında neft 5%-dən çox ucuzlaşıb
Londonun InterContinental Exchange (ICE) birjasında keçirilən hərracda “Brent” markalı neftin iyul fyuçersləri üzrə 1 bareli 75,32 ABŞ dollarına təklif edilib.
BusinessTime xəbər verir ki, bu əvvəlki günün qapanışı ilə müqayisədə 3,99 ABŞ dolları yaxud 5,03 % ucuzlaşma deməkdir.
Ötən gün Nyu Yorkun “Nymex” birjasında satılan WTI (Şərqi Texas) markalı xam neftin bir barelinin qiyməti 71,66 ABŞ dolları olub.
Bu da əvvəlki günlə müqayisədə 4,00 dollar/barel yaxud 5,29 % azdır.
Yazar

