Dünya planşet bazarının reytinqi - SİYAHI

Dünya planşet bazarının reytinqi

"Counterpoint" analitikləri 2025-ci ilin üçüncü rübü üzrə qlobal planşet bazarına dair statistik məlumatları açıqlayıblar.

Hesabatda "Apple" liderliyini qoruyub.

Şirkətin bazar payı 34% təşkil edir ki, bu da ötən illə eynidir. İkinci yerdə "Samsung" qərarlaşıb, şirkətin payı 18% təşkil edir, lakin satışlar ötən illə müqayisədə artmayıb.

Üçüncü yeri "Lenovo" tutur. Şirkət bazarın 9%-nə sahibdir və tədarüklərini 23% artırıb. Dördüncü sırada "Huawei" gəlir. Şirkət satışlarını 10% artıraraq, bazar payını 9%-ə çatdırıb.

Beşinci yerdə "Amazon" qərarlaşıb, şirkət satışlarını 13% artırıb. Ardınca "Xiaomi" gəlir, bazarın 7%-ni tutur və tədarüklərini 8% artırıb. (Oxu.az)