Dövlət Toxum Fondu fermerlərə məhsuldar, elit toxumlar təklif edir
Payız əkini mövsümü ilə əlaqədar olaraq Dövlət Toxum Fondu tərəfindən fermerlərin və təsərrüfat sahiblərinin toxuma olan tələbatını sərfəli qiymətlərlə təmin etmək məqsədilə bölgələrdə səyyar xidmətlər aparılır.
Daxil olan müraciətlərə əsasən hər gün müxtəlif qruplar olmaqla respublikanın müxtəlif kənd və qəsəbələrində paralel olaraq səyyar xidmətlər göstərilir.

