Dövlət Neft Fondunun aktivləri 2,7 milyard dollar artıb

Dövlət Neft Fondunun aktivləri

Cari ilin birinci rübünün sonuna Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 62,7 milyard ABŞ dolları təşkil edib.

BusinessTime.az bu barədə ARDNF-dan məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin sonuna nisbətən 2,7 milyard ABŞ dolları və ya 4,5% çoxdur.

Ötən ilin sonunda ARDNF-nun aktivlərinin həcmi 60 milyard ABŞ dolları idi.